“Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan Türkiyə “Alanyaspor”unun prezidenti Hasan Çavuşoğlu və Rusiya “Rubin”inin direktoru Şamil Xusnutdinovla görüşüb.
Paytaxt təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, hər iki funksionerlə görüşdə futbolla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, yeni layihələr və klublar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.