Baxılıb: 0

PSJ-nin hücumçusu Kilian Mbappe bu yay “Real Madrid”ə keçə bilər.

Bu barədə “El Debate” jurnalının əməkdaşı Tomas-Qonsales Martin məlumat verib.

Onun sözlərinə görə, Mbappenin anası parislilərlə bir neçə ay gizli danışıqlar aparıb. O, transfer məsələsini tez bir zamanda başa çatdırmaq istəyir.

PSJ 24 yaşlı hücumçu üçün 250 milyon avro birdəfəlik ödəniş və 50 milyon avro bonus tələb edir. Madrid klubu maksimum 200 milyon avro birdəfəlik ödəniş və 20 milyon avro bonus təklif etməyə hazırdır. Tərəflər danışıqları davam etdirirlər.

Qeyd edək ki, iyunun 12-də mətbuatda Mbappenin PSJ rəhbərliyinə rəsmi məktub göndərərək heç bir halda 2025-ci ilə qədər komandada qalmayacağını bildirdiyi barədə məlumat yayılıb. PSJ hazırda qüvvədə olan müqavilənin sonunda - gələn ilin yayında hücumçunu pulsuz buraxmamaq üçün təcili olaraq ona alıcı axtarır.

Mənbə: gazeta.ru

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53