Bakının Heydər Əliyev prospektində zəncirvari qəza olub.
"Bakımillitv.az" xəbər verir ki, qəza zamanı 4 avtomobil bir-birinə çırpılıb.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb:
“Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Avtomobillər ərazidən kənarlaşdırılaraq, yolda hərəkət tam bərpa olunub. Faktla bağlı araşdırma aparılır”.