Yenilənmiş ATP reytinqində birinci yeri iyunun 25-də Londonda keçirilən turnirdə qalib gələn ispaniyalı Karlos Alkaras tutacaq.
Avstraliyalı Aleks de Minor üzərində qələbə sayəsində Alkaras 500 reytinq xalı qazanıb.
ATP-nin 26 iyun bazar ertəsi açıqlayacağı reytinqdə o, 7675 xalla birinci olacaq.
İyunun 11-də “Rolan Qarros”un qalibi olan serb Novak Cokoviç ikinci yerə (7595 xal) düşəcək. Üçüncü yeri rusiyalı tennisçi Daniil Medvedev (5890 xal) tutacaq.
Mənbə: rossaprimavera.ru