Baxılıb: 0

Misir Prezidenti Əbdülfəttah əs-Sisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirib.

Bu barədə bazar ertəsi Misir liderinin ofisi məlumat yayıb.

Məlumata görə, söhbət zamanı tərəflər ölkələr arasında diplomatik münasibətlərin səviyyəsinin dərhal yüksəldilməsinə və səfirlərin mübadiləsinə başlamaq barədə razılığa gəliblər.

“Prezidentlər misir və türkiyə xalqları arasında tarixi əlaqələrin dərinliyini bir daha təsdiqləyiblər. Liderlər iki tərəf arasında münasibətləri və əməkdaşlığı gücləndirmək barədə razılıq əldə edib və bu kontekstdə diplomatik münasibətlərin səviyyəsini dərhal yüksəltməyə başlamaq qərarına gəliblər”, - məlumatda bildirilib.


Mənbə: TASS

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53