Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib.
"Bakımillitv.az" xəbər verir ki, UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, o, C qrupunun III turundakı İngiltərə - Almaniya görüşündə baş hakim olacaq.
Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaqlar.
Qeyd edək ki, Əliyar Ağayev daha əvvəl turnirin açılış matçını - Belçika - Niderland görüşünü idarə edib.