Baxılıb: 3

Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında qrup mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb.

“Bakımillitv.az" ın məlumatına görə, idmançı fərdi kateqoriyada qrupdakı son görüşündə almaniyalı Li İvonnanı üstələyib.

Rəqib ilk hissəni öndə tamamlasa da, əzmkarlıq göstərən Keyşa Fatimə Zəhra 2:1 hesablı (17:21, 21:18, 21:17) qələbə qazanıb.

Daha əvvəl qrupdakı ilk iki duelində də qalibiyyət sevinci yaşayan Azərbaycan badmintonçusu 1/8 final mərhələsinə yüksəlib. Növbəti raundun görüşü iyunun 29-da keçiriləcək.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53