Baxılıb: 1

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.

"Bakımillitv.az" xəbər verir ki, Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız da tarixi uğura imza atıb.

Komandamız Avropa çempionatında 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 143 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub. Bu nəticə sərbəst güləş üzrə yığmamızın U-20 Avropa çempionatlarında topladığı ən yüksək xaldır.

Qeyd edək ki, Arif Abdullayev, Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmamızın heyətində Ruslan Abdullayev (57 kq) və Ceyhun Allahverdiyev (61 kq) Avropa çempionu olub. Yusif Dursunov (125 kq) ikinci, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə üçüncü yeri tutub.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53