Baxılıb: 0

Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının qapıçısı Andrey Pyatov peşəkar karyerasını başa vurub.

"Bakımillitv.az" ın məlumatına görə, bu barədə Donetsk təmsilçisinin baş direktoru Sergey Palkin klubun rəsmi saytına açıqlama verib.

O, 39 yaşlı qolkiper üçün vida matçı təşkil edəcəklərini bildirib: "Böyük ehtimalla, bu oyun avqustun 6-da Londonda "Tottenhem"ə qarşı olacaq".

Həmçinin, Pyatova "Şaxtyor"da qapıçılar üzrə məşqçi vəzifəsi təklif olunub.

Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü 2007-ci ildən Donetsk komandasının şərəfini qoruyurdu. O, bu klubun heyətində 482 görüş keçirib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53