Baxılıb: 3

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) və Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatı (EA) arasında keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, sahə üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həyata keçirilən tədbirlər və əməkdaşlıq məsələləri müzakirə edilib.

“Bakımillitv.az"ın Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) prezidenti Mauren Loj (Maureen Logghe) ilə keçirilən görüşdə bildirilib.

Görüş zamanı Məmməd Abbasbəyli qurumun əsas fəaliyyət istiqamətlərindən biri olan keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, sahə üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndələrinin də iştirak etdiyi görüşdə Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) üzvlük və əməkdaşlıq məsələləri müzakirə edilib, nəzəri və praktiki sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonda Təşkilatın keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrinə dəstəyi qeyd olunub, müvafiq sahədə ölkəmizlə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53