Baxılıb: 1

Yaponiya Müdafiə Nazirliyinin rəhbəri Yasukadzu Hamada ölkənin özünümüdafiə qüvvələrinə Şimali Koreya tərəfindən buraxılan raketin vurulması ilə bağlı göstəriş verib.

Nazir raket Yaponiyaya təhlükə törədəcəyi təqdirdə onun vurulmasını əmr edib.

Bu barədə Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ölkənin müdafiə naziri bildirib ki, Şimali Koreya nümayəndələri yaxın günlərdə “peyk” buraxılışı adı altında ballistik raket buraxmağı planlaşdırırlar.

“Raketin Yaponiya ərazisinə düşməsi təhlükəsi olarsa, o, məhv ediləcək”, - deyə Hamada əlavə edib.

Xatırladaq ki, daha əvvəl Şimali Koreya peykin buraxılması ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına müraciət edib. Peykin cari ilin 31 may-11 iyun tarixlərində buraxılması nəzərdə tutulur.

Mənbə: MK.ru

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53