Baxılıb: 0

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2022-ci ili 8,173 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Agentlik 2021-ci ildən 1,509 milyon manat mənfəətlə çıxmışdı.

“Bakımillitv.az” xəbər verir ki, ötən il MİDA-nın maliyyə gəlirləri 10,849 milyon manat (əvvəlki ilə nisbətən 6,6% çox), diskontoun amortizasiyası üzrə gəlirləri 2,586 milyon manat (39,8 % az), ümumi və inzibati xərcləri 3,692 milyon manat (7,3 % çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 89 min manat (14,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 1,481 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə MİDA-nın aktivləri 536,713 milyon manat olub ki, bu da illik müqayisədə 0,2 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 15,7 % artaraq 57,596 milyon manata, balans kapitalı isə 1,4 % artaraq 479,117 milyon manata çatıb.

Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53