Baxılıb: 0

"Audiovizual mediada müəyyən qüsurlar var".

Bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O, həmin qüsurların cəmiyyəti narahat etdiyini bildirib. Aparat rəhbəri həmçinin bu istiqamətdə mütəmadi olaraq monitorinqlərin keçirildiyini və nöqsanlarla bağlı araşdırmaların aparıldığını vurğulayıb.

F.Novruzovun sözlərinə görə, bəzi hallarda monitorinqdə aşkarlanmayan pozuntular şikayət əsasında müəyyən edilib.

"Bəzən pozuntulara görə yayım dayandırılır. Yayımçı üçün yayımın dayandırılması maliyyə sanksiyasından ağırdır", - F.Novruzov əlavə edib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53