Baxılıb: 0

İtaliya futbolunun əfsanəsi Andrea Pirlo Jerar Pikenin təşkil etdiyi “Kings League”də (“Krallar Liqası”) oynayacaq.

Yarışın rəsmi saytının yaydığı məlumata görə, 44 yaşlı keçmiş yarımmüdafiəçi bazar günü “Jijantes”in heyətində “Pio”ya qarşı çıxış edəcək.

Qeyd edək ki, “Kings League”də şou-biznes ulduzları və keçmişin futbol əfsanələrindən ibarət komandalar çıxış edir. Matçlar Barselonada 7x7 formatında keçirilir. Hər oyun 40 dəqiqə davam edir.

Xatırladaq ki, Andrea Pirlo bir neçə gün əvvəl Türkiyənin “Karagümrük” klubunun baş məşqçisi postunu tərk edib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53