Baxılıb: 0

İki ölkənin müdafiə nazirlərinin Sinqapurda keçiriləcək sammitdə görüşməsi ilə bağlı ABŞ-nin Çinə etdiyi təklifi rədd olunub.

Bu barədə Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder açıqlama verib.  

“Çin ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə Çinin milli müdafiə naziri Li Şanqfunun bu həftə Sinqapurda görüşməsi ilə bağlı mayın əvvəlində olunan dəvəti rədd etdiklərini bildirib”, - deyə Patrik Rayder qeyd edib.  

Rayder bildirib ki, ABŞ Müdafiə Nazirliyi rəqabətin münaqişəyə çevrilməməsi üçün Vaşinqton və Pekin orduları arasında kommunikasiya xətlərinin saxlanmasının vacibliyinə inanır.

Onun sözlərinə görə, Li Şanqfu Amerikanın düşmənlərinə qarşı sanksiyalar yolu ilə mübarizə Qanunu (CAATSA) çərçivəsində sanksiyalara məruz qalmış olsa da, bu, onun Ostinlə görüşməsinə mane olmayacaq.

Mənbə: Haber Global

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53