Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Rakov” kollektivi Bakıya gəlib.
"Bakımillitv.az" xəbər verir ki, bu barədə Polşa klubunun sosail şəbəkə səhifəsindən paylaşım edilib.
Xatırladaq ki, komandaların ilk görüşündə “Rakov” 3:2 hesabı ilə qalib gəlib. Cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.