Baxılıb: 0

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” - “Jelezniçar” matçı üçün “Iticket.az”da biletlərin hamısı satılıb.

“Bakımillitv.az” xəbər verir ki, klub bu haqda rəsmi feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilir ki, bundan sonra yalnız 1A sektoru üçün oyun günü bilet əldə etmək mümkün olacaq.

Qiyməti 3 manat olan biletlər saat 10:00-dan etibarən görüşün reallaşacağı 8-ci km stadionunun kassalarında satışda olacaq.

Qeyd edək ki, "Neftçi" Bosniya və Herseqovina təmsilçisi ilə səfərdə keçirilən qarşılaşmadan bərabərliklə (2:2) ayrılmışdı.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53