Baxılıb: 2

 Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 13-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Avqustun 12-də Bakıda temperatur iqlim normasından altı dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 40 dərəcəyədək, dağlıq rayonlarda 34 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53