Baxılıb: 0

“Neftçi”nin futbolçusu Eddi İsrafilovun diz oynağında artroskopik olaraq meniskdə təmizlənmə əməliyyatı aparılıb.

Bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, 31 yaşlı yarımmüdafiəçi üç-dörd həftədən sonra fərdi məşqlərə başlayacaq.

Eddi İsrafilov bununla bağlı klubun rəsmi saytına açıqlama verib:

“Uzun müddət menisk yırtığı ilə oynayırdım, amma daha ağrıya dözə bilmədim və meniskdə təmizlənmə əməliyyatı aparıldı. Zədələrim fərqli zədələr deyildi, həmişə eyni zədə olub, buna baxmayaraq, ağrıkəsicilərdən istifadə edərək oynamağa davam edirdim. Arzu edirəm ki, tezliklə bərpa olum və bu mövsümdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün komandaya kömək edə bilim”.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53