Baxılıb: 0

 İsrail prezidenti Azərbaycan şairi Nizamidən sitat gətirib.

 İsrailin müstəqilliyinin 75-ci il dönümünə həsr olunmuş tədbirdəki çıxışında Bakıda səfərdə olan İsrail Prezidenti İshaq Herzoq çıxış edib.

“İranın İsraili xəritədən silməyə çağırdığı və bu istiqamətdə hərəkət etdiyi və onun mənfur təhlükəsini reallaşdırmağa kömək edə biləcək kütləvi qırğın silahlarının ardınca getdiyi bir vaxtda, İranın öz qonşusuna, tərəfdaşımız Azərbaycana qarşı hədə-qorxu gələrək terror törətdiyi bir vaxtda mən əfsanəvi şair, bu ölkənin doğma oğlu Nizami Gəncəvinin sözlərini xatırlatmaq istərdim:

“Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır”.

Xatırlatmaq lazımdır ki, bizim aramızda olan ittifaq - təcavüzə, nifrətə, ekstremizmə və fundamentalizmə qarşı, sülh, demokratiya və birgəyaşayışın tərəfdarıdır və bu münasibətlər təkcə Yaxın Şərqdə və Avro-Asiya sferasında deyil, bütün dünyada dövlətlər və xalqlar arasında tərəfdaşlıq üçün nümunə ola bilər və olmalıdır”, - deyə o bildirib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53