Baxılıb: 1

 Siyəzəndə obyektdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Siyəzən rayonunun Siyəzən kəndində həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, həyətyanı sahədə fəaliyyət göstərməyən ümumi sahəsi 800 kvadratmetr olan sexdə yanğın baş verib.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin yanar konstruksiyaları 600 kvadratmetr sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53