Baxılıb: 0

Masallı rayon Xırmandalı kənd uşaq bağçası 1981-ci ildə tikilib istifadəyə verilib.

Xezerxeber.az xəbər verir ki, vaxtı ilə bağça iki korpusdan ibarət olub.  

Korpuslardan biri qəzalı vəziyyətdə olduğuna görə fəaliyyəti dayandırılıb.

Hazırda fəaliyyətdə olan korpusda da pəncərə və qapılar qırıq vəziyyətdədir.

Bağçanın ən böyük problemlərindən biri də içməli su ilə bağlıdır. Müəllimlər su maşınlardan həftə ərzində 3 dəfə, 600 litr su alıb, xüsusi çənlərə doldururlar. Bu da onlara ay ərzində təxminən 100 manata başa gəlir.

Aidiyyəti orqanlar bağçanın problemlərindən xəbərdardılar. Gələcəkdə bağçanın su problemini aradan qaldırmaq üçün subartezian quyuların qazılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda bağçada iki qrup fəaliyyət göstərir.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53