Baxılıb: 2

Vətən uğrunda mübarizədə hər iki ayağını itirən İkinci Qarabağ müharibəsi veteranı Polad Rzayev Avropanın ən hündür zirvəsi - Elbrusa (Qərb zirvəsi 5642 metr) uğurla qalxıb.

Bu barədə Azərbaycan Alpinizm Federasiyasından məlumat verilib.

Bildirilib ki, Polad Rzayev məşhur azərbaycanlı alpinist İsrafil Aşurlı ilə birgə dağa qalxıb.

Qeyd edək ki, Polad Rzayev Cəbrayıl və Qubadlının işğaldan azad edilməsi zamanı dörd kəllə-beyin travması alıb, iki minanın partlaması zamanı hər iki ayağını itirib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53