Baxılıb: 1

Azərbaycanın iki idman gimnastı beynəlxalq turnirlərdə uğurlu çıxış edib.

Gimnastika Federasiyasından verilən məlumata görə, yığmanın üzvü Nikita Simonov Türkiyənin Mersin şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda qızıl medal qazanıb.

27 yaşlı idmançı halqalarla hərəkətin icrasında bütün rəqiblərini qabaqlayıb.

Millinin digər gimnastı İvan Tixonov isə Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “RoamGym Trophy 2023” beynəlxalq turnirində fərqlənib. O, dəstəkli atda bürünc medala sahib çıxıb.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53