Baxılıb: 1

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 10 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatının komanda yarışları start götürür.

Komanda yarışlarında 16 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan yarışlarda 10 idmançı ilə təmsil olunur.

Azərbaycan cüdoçularının ilk rəqibləri Rumıniya yığması olacaq.

-60 kq. çəkidə -73 kq. çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -90 kq. çəkidə Vüqar Talıbov və İsmayıl Zamanov, +90 kq. çəkidə Kənan Nəsibov, qızlarda isə -57 kq. çəkidə Aydan Vəliyeva, -70 kq. çəkidə Fidan Əlizadə, +70 kq. çəkidə Nigar Süleymanova və Nərmin Əmirli güclərini sınayacaq.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53