AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya oyununda daha bir insident yaşanıb.
Belə ki, tribunalara toplaşmış azarkeşlər arasında dava düşüb. Erməni fanatlar əsl “qonaqpərvərlik” göstərərək, xorvat azarkeşlərə hücum ediblər.
Erməni mətbuatının məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. O, arenadan çıxarılaraq xəstəxanaya aparılıb.