Baxılıb: 0

Konfrans Liqasında mübarizə aparacaq “Sabah” və “Qəbələ”nin II təsnifat mərhələsindəki potensial rəqiblərindən daha biri məlum olub.

Türkiyə Super Liqasını ikinci sırada bitirəcəyi dəqiqləşən “Fənərbağça” mübarizəyə bu raunddan başlayacaq.

İstanbul təmsilçisi “Neftçi”nin də qərarlaşdığı səpələnmişlər səbətində yer alacaq və Azərbaycanın digər iki klubunun mümkün rəqibləri arasında olacaq.

“Fənərbağça” Türkiyə Kubokunun finalındadır. İstanbul təmsilçisi həlledici görüşdə “Başakşəhər”i məğlub etsə, Avropa Liqasına yollanacaq.

Konfrans Liqasının püşkatma mərasimi iyunun 21-də atılacaq.

Konfrans Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budyo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), ”Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Aris” (Saloniki, Yunanıstan)

Səpələnməmişlər: “Voyvodina” (Serbiya), “Lütsern” (İsveçrə), “Bohemians” (Çexiya), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Borats” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo” (Belarus)

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53