Baxılıb: 0

Bir qrup şəxs Beynəlxalq Olimpiya Komitəsindən (BOK) İranı idmanda ayrı-seçkiliyə yol verməmək prinsiplərini pozduğuna görə, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırmağı xahiş edib.

Ölkədə idman sahəsində etnik, cinsi, dini, siyasi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verildiyinin qeyd olunduğu müraciətdə Tehran Olimpiya Xartiyasına hörmət etməməkdə ittiham olunur. Burada söhbət əsasən güləş, boks, üzgüçülük, voleybol və gimnastika kimi idman növlərinin qadınlar üçün qadağan edilməsindən gedir.

Məktubun müəllifləri həmçinin İdman Arbitraj Məhkəməsi (CAS) ilə əlaqə saxlamaq və Change.org saytında petisiya yaratmaq niyyətindədirlər.

Mənbə: championat.com

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53