Baxılıb: 2

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ümumqoşun poliqonunda “N” saylı hərbi hissənin döyüş atışlı taktiki təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilib.

Bölmələr müxtəlif üsullarla taktiki yerdəyişmələri yerinə yetirib, şərti düşmənin təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyərək atıcı silahlardan praktiki atışlar icra ediblər.

Döyüş atışlı taktiki təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq zərərsizləşdirilməsi üzrə qarşıya qoyulan tapşırıqlar motoatıcı bölmələr tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimin keçirilməsində əsas diqqət bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53