Baxılıb: 0

Bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə Azərbaycanın yeddi polis əməkdaşı həlak olub, daha altısı yaralanıb.

Gecə saat 1 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə Daxili İşlər Nazirliyinin (DİN) üç əməkdaşı - polis serjantı Elşən Həsənov, polis serjantı Seyfi Abdullayev və polis serjantı Ələsgər Əsgərov hadisə yerində həyatını itirib, altı əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı həlak olub. Saat 4:30 radələrində DİN-in əməkdaşlarının olduğu “KamAZ” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları - 05.02.1994-cü il təvəllüdlü Asim Knyaz oğlu Camalzadə, 08.07.1987-ci təvəllüdlü Ramil Arif oğlu Şirinov, 12.07.1991-ci il təvəllüdlü Seymur Elsevər oğlu Mahmudov və 21.07.1998-ci il təvəllüdlü Xəzər Azər oğlu Zamanov hadisə yerində həlak olublar.

Beləliklə, baş vermiş qəzada üç, terrorda dörd nəfər olmaqla, ümumilikdə yeddi polis əməkdaşı həlak olub.

 

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53