Baxılıb: 0

Sentyabrın 24-ü saat 21 radələrində Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Füzuli Rayon Prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1984-cü il təvəllüdlü Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ruhanə Qasımovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Süleyman Qasımov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53