Baxılıb: 11

 

  Hər bir ölkənin gələcəyi onun, gənclərinin düşüncə tərzindən, milli ruhundan aslıdır. Azərbaycan gəncliyi ölkənin tale yüklü məsələlərində öz sözünü deməyi bacarır. Azərbaycan xalqı tarixin bütün dövürlərində sübut edib ki, onun oğulları yağı düşməni məhv etməyə qadirdir.Ermənistan silahlı qüvvələrinin son 30 il ərzində Qarabağ istiqamətində atəşkəsi pozması nəticəsində yüzlərlə hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də bu gün cənnətdə 28 yaşı tamam olan Nahid Soltanovdur. 

   Şəhid Nahid Zahid oğlu Soltanov 1995-ci ildə iyun ayının 1 də Hacıqabul rayon Qızılburun kəndində dünyaya göz açıb..Uşaq yaşlarından idmana olan marağı   onun  döyüşkən ruhda böyüməyinə səbəb olub.  2016-ci ildə ali məktəbi bitirdikdən sonra Nahid Soltanov vətənə olan müqəddəs borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşür.

Hərbi xidmətdə olan zaman Nahid, öz igidliyi və mərdliyi ilə həmişə fərqəlnərək hərbi hissə komandirləri tərəfindən daim və fəxri fərmanlarla mükafatlandırlıb.

Nahid Soltanov Ağdam rayon Qaradağlı kəndi istiqamətində düşmən snayperi tərəfindən vurularaq başından güllə yarası alır və hospitala yerləşdirilir. Bir neçə gün orda müalicə alsa da, 22 İyul 2017-ci ildə şəhidlik zirvəsinə ucalır.

  Şəhidlər ölməz, Vətən bölünməz! Odur ki, bizim üzərimizə böyük missiya düşür, şəhidlərimizi tanıyaq və tanıdaq! 

Şəhidim cənnətdəki mövludun mübarək!



İlhamə Hüseyni.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53