FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, 2-4 oktyabr 2023-cü il tarixində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gözəl Zutova Bakıda keçirilən kəmər güləşi üzrə III Avropa çempionatında birinci yerə layiq görülüb.
FHN əməkdaşı +76 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Gözəl Zutova Dünya, Avropa və Azərbaycan çempionu olmaqla yanaşı, dəfələrlə beynəlxalq turnirlərin də qalibi olub.