Baxılıb: 0

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3 milyard 825 milyon manatı və yaxud 10,4 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

"Bakımillitv.az"bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3 % azdır. 

Qarabağ və Şərqi Zəngəzura xərcləmələr iqtisadi fəaliyyət xərclərinin 49,1 %-ni təşkil edəcək. 

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir. 

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53