Baxılıb: 1

Amerikalı sahibkar və milyarder İlon Mask “Twitter” sosial şəbəkəsini rebrendinq etmək planlarını təsdiqləyib. O, bu barədə paylaşımında xəbər verib.

Belə ki, “T(w)itter Daily News” adlı istifadəçi ona sosial şəbəkənin hazırkı adının və mavi ulduz nişanının “X” hərfi ilə əvəz oluna biləcəyi iddiaları barədə sual verib. Mask da cavab olaraq bunun doğru olduğunu söyləyib.

Xatırladaq ki, aprel ayında “Twitter Inc.”in artıq mövcud olmadığı xəbəri yayılıb. Çünki şirkət Maskın 2023-cü ilin martında Nevada ştatında qeydiyyatdan keçirdiyi “X Corp.” ilə birləşib.

Ötən gün Mask təsviri brendlərə inandığını və “X”in hər məna daşıya biləcəyini deyib. İş adamı vurğulayıb ki, onun sosial platformaya baxışı sosial şəbəkənin ilkin ideyasından çox kənara çıxır.

Onu da qeyd edək ki, “Space X” şirkətlərinin rəhbəri 2020-ci ildə dünyaya gələn övladına “X Æ A-12” adını verib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53