Baxılıb: 2

Coşqun Diniyev “Zirə”dən ayrılıb.

Oxu.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi paytaxt klubu ilə vidalaşıb. Tərəflər başa çatan müqaviləni yeniləməyiblər.

Təcrübəli oyunçunun yeni ünvanı da böyük ölçüdə bəllidir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Coşqun Diniyev karyerasını “Səbail”də davam etdirməyə yaxındır.

“Dənizçilər”in baş məşqçisi Şahin Diniyev hələ qış fasiləsindən onu sərəncamında görmək istəyir. Çalışdırıcı yarımmüdafiədə oyunu məhz Coşqunun üzərində qurmaq istəyir.

Qeyd edək ki, Coşqun Diniyev Şahin Diniyevin oğludur. Mütəxəssisin digər oğlu Kərim Diniyev də “Səbail”də çalışır. O, baş məşqçinin köməkçisidir.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53