Baxılıb: 1

ELƏ BİR ÖMÜR YAŞAYACAM Kİ,.....
   
   Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, milli ruhundan aslıdır. Azərbaycan xalqı tarixin bütün dövürlərində sübut edib ki, onun oğulları yağı düşməni məhv etməyə qadirdir. Belə oğullardan biri də, Cəmil Habil oğlu Məmmədlidir.
   Dünən şəhid Cəlil Habil oğlu Məmmədlinin məzun olduğu  Azərbaycan Texniki Universitetin də onun xatirəsinin əbədiləşdirilməsi ücün  " Elə bir ömür yaşayacam ki,....." sənədli filminin təqdimatı keçirilmişdir. Layihə rəhbəti və ssenari müəllifi Mehriban Sadiqə, filimdə səslənən, şəhudimizə həsr  olunmuş  mahnının dəyərli bəstəkarı Yaqut Almaza, ifa Murad Laçına aid idi.  Tədbir də  Universitetin tələbə və müəllim heyyəti, media nümayəndələri, şəhidin ailə üzvləri, idarə, müəssə, təşkilat rəhbərləri, Bakımillitv.az saytının rəhbər heyyəti, şəhid ailələri, qazilər  və Cəlil sevərlər iştirak etmişdir.  Tədbir də  cıxış edənlər şəhidin həyat yolundan və döyüş şücaətindən  danışdılar.
  Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı  şəhəri  Səbail rayonu  163 saylı orta məktəbdə orta təhsil almış, 2016-2020-ci illərdə  Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin Materialşünaslıq fakultəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı  qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Cəmil Məmmədliyə verilmiş diplom. (2014-cü il)
  2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir.
"Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda  böyük fəxr hissi ilə,,  Millə Qəhrəman Mübariz İbrahimovun  istifadə etdiyi silahdan ona verildiyini demişdi."
"Atıcılıq" - bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-ə keçən gecə  Füzuli rayonunun Kürdlər  kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmişdir.
Cəmil Habil oğlu Məmmədli (ölümündən sonra) "Vətən uğrunda", " Xocavəndin azad olunmasına görə", " Füzulinin azad olunmasına görə", " Cəsur doyüşçü"medalları  ilə təltif edilmişdir.
    Ruhun qarşısında baş əyirik!


İLHAMƏ HÜSEYNİ.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53