Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Bakımillitv.az"-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayımlanıb.
Bildirilib ki, MİDA-nın yaşayış kompleksi ərazisində 9 nömrəli marşrut xətti üzrə işləyən avtobus yol kənarında park edilmiş avtomobilə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.