Baxılıb: 0

Rusiyada “Vaqner” özəl hərbi şirkətinin döyüşçüsü ilə bağlı maraqlı hadisə yaşanıb. Belə ki, o, öldüyü barədə xəbərdən və təntənəli dəfn mərasimindən sonra sağ olduğunu dörd il əvvəl törətdiyi cinayəti sayəsində sübut edib.

Hər şey onun Ukraynada döyüşdə yaralanaraq hərbi hospitala yerləşdirilməsi ilə başlayıb. Müalicədən sonra o, qohumlarına tərxis olunduğu barədə məlumat vermək üçün zəng edib, ancaq onlardan “öldüyünü” öyrənib. Bu müddət ərzində onun Buryatiyada dəfn mərasimi təşkil edilib, hətta adı xatirə lövhəsinə qeyd olunub. Həmçinin ailəsinə təzminat olaraq təxminən 6 milyon rubl (108 min manat) verilib.

“Vaqner”çi sağ qaldığını sübut etmək üçün məhkəməyə müraciət etməli olub. Burada ona əvvəl törətdiyi cinayəti və Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında barmaq izlərinin olması kömək edib.

Qeyd edək ki, sözügedən şəxs 2019-cu ildə cinayət məcəlləsinin ağır maddələri ilə 15 il müddətinə azadlıqdan məhrum edilibmiş (Onun adı məhkəmə materialında gizlidir).

“Vaqner”çi vəziyyətə yumorla yanaşmağa çalışdığını deyib.

“Bu yaxınlarda qəbrimi ziyarət etdim, belə yaxşı dəfn olunacağımı gözləmirdim”, - deyə o bildirib.

O da məlum olub ki, kişinin əvəzinə Buryatiyanın Severobaykalsk rayonundan olan başqa bir döyüşçü dəfn edilib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53