Rusiyanın Yakutsk şəhərinin mərkəzində ofis binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.
Məlumata görə, ümumilikdə 52 nəfər xilas edilib, 25 nəfər isə təxliyə edilib.
Regional Səhiyyə Nazirliyi yanğından sonra dörd nəfərin xəstəxanaya yerləşdirildiyini, üçünün vəziyyətinin isə ağır olduğunu bildirir.
Mənbə: TASS