Baxılıb: 1

Müğənni, bəstəkar, Xalq artisti Tünzalə Ağayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. Müğənni mərkəzdə müxtəlif xidmət istiqamətləri üzrə fəaliyyət göstərən studiyalarda təlim prosesini izləyib. Xalçaçılıq sahəsində qabiliyyətini sınayıb. Qonaq repertuarından sevilən mahnıları Mərkəzin istedadlı musiqiçilərinin ifasında dinləyib, gitaraçılarla birgə mahnısından bir hissə səsləndirib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mərkəzin həssas əhali qruplarına aid olan azyaşlı benefisiarları üçün rəsm fləş-mobu təşkil edilib. Tünzalə Ağayeva mərkəzin heyəti və benefisiarlara qoşularaq, fləş-mobda iştirak edib və “əl izi”ni molbert üzərindəki tabloya köçürüb.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53