Baxılıb: 0

HƏMAS və İsrail arasında münaqişənin genişlənməsi və onun genişmiqyaslı regional müharibəyə çevrilməsi ilə bağlı narahatlıqların artdığı bir vaxtda, ABŞ Hərbi Hava Qüvvələri SEPAH və onun proksi qüvvələrinin Suriyada istifadə etdiyi iki kompleksi “F-16” qırıcıları ilə vurub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Verilən məlumata görə, bu hücum ötən həftə İranın dəstəklədiyi proksi qüvvələrin Suriyada yerləşən ABŞ qüvvələrinə qarşı edilən hücumlarının cavabı idi.

Qeyd edək ki, ABŞ-nin Müdafiə Nazirliyi İrana bağlı qüvvələrin hücumlarının davam edəcəyi halda əlavə tədbirlər görəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53