Baxılıb: 0

İsrail Londonda yerləşən beynəlxalq insan haqları təşkilatı “Amnesty International”ı antisemitizmdə və yəhudi dövlətinə qarşı qərəzli münasibətdə ittiham edib.

Bu, onun Yaxın Şərq münaqişəsinin hər iki tərəfinin beynəlxalq müharibə qaydalarını pozduğunu deməsindən sonra baş verib

Bunu Politico qəzetinin Avropa versiyası yazır.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat nəşrə müsahibəsində deyib: “Amnesty İnternational” İsrailə qarşı qərəzli antisemit təşkilatıdır. O, insan haqları təşkilatı adlandırılacaq qədər nüfuzlu deyil”.

O, həmçinin əlavə edib ki, oktyabrın 7-də Fələstin HƏMAS silahlılarının İsrail dövlətinin ərazisinə hücumundan sonra hüquq müdafiəçilərinin susması “Amnesty İnternational”ın terrorçuların maraqlarına xidmət edən təbliğat strukturu olduğunu nümayiş etdirir. Qəzet xatırladır ki, cümə axşamı təşkilatın baş katibi Aqnes Kallamard mülki əhalinin müdafiəsi üçün təcili tədbirlərin görülməsinin zəruri olduğunu deyib və hər iki tərəfi atəşkəsə çağırıb.

Mənbə: TASS

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53