Baxılıb: 0

Oktyabrın 27-də Quba Olimpiya İdman Kompleksində (OİK) bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinə yekun vurulub. Birincilikdə 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizə aparıb.

"Bakımillitv.az" xəbər verir ki, iki gün davam edən yarışda balacalar, yeniyetmələr və gənclər olmaqla 3 yaş kateqoriyasında qaliblər müəyyənləşib.

Bütün qaliblər Azərbaycan Gimnastika Federasiyası tərəfindən medal və diplomla mükafatlandırılıb.

Azərbaycan birinciliyində “Ocaq Sport” Klubunun paytaxtla yanaşı, Şamaxı və Zaqatala bölmələri, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, “Zabrat” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil edən gimnastlar iştirak ediblər.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53