Baxılıb: 1

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 3-də Türkiyəyə işgüzar səfər edəcək.

Ermənistan mediasının məlumatına görə, bu barədə baş nazirin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, səfərin məqsədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməkdir.

“Baş nazir Nikol Paşinyan mərasimdə iştirak etmək üçün iyunun 3-də Ankaraya yola düşəcək”, - deyə məlumatda vurğulanıb.

Bundan əvvəl Paşinyan Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkisində qələbəsi münasibətilə təbrik edərək, ölkələr arasında münasibətlərin tam şəkildə normallaşması üçün birgə işin davam etdirilməsini gözlədiyini bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimində azı 20 dövlət başçısının və 45 nazirin iştirakı gözlənilir.

Mövzu ilə əlaqədar

Türkiyə prezidentinin andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53