Baxılıb: 0

Misirin paytaxtı Qahirə ilə İsgəndəriyyə şəhərini birləşdirən magistralda zəncirvari qəza baş verib. Hadisə nəticəsində onlarla insan həlak olub.

Bu barədə Misirin ərazisində qəza baş verən Buheyra əyalətinin Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Qəza nəticəsində 32 nəfər həlak olub, 60 nəfər yaralanıb”, - deyə xidmət nümayəndəsi bildirib.

İlkin məlumata görə, magistralın 132-ci kilometrliyində avtomobillərdən birində yağ sızması baş verib, bu isə zəncirvari qəzalarla və yanğınla nəticələnib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53