Baxılıb: 0

Azərbaycan cüdoçusu Turan Bayramov Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pri turnirində gümüş medal qazanıb.

Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı final qarşılaşmasında neytral statusda güləşən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Bayramov ikinci yerlə kifayətlənib.

Yarışın ilk günündə Azərbaycan millisinin ümumilikdə 7 üzvü tatami üzərinə çıxıb. Kişilərdən Turan Bayramovla yanaşı, Yaşar Nəcəfov (66 kq) da finala yüksəlib. Qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qızıl medal görüşünə vəsiqə qazanıb.

Rövşən Əliyev (60 kq), Ruslan Paşayev (66 kq), Leyla və Könül Əliyevalar (hər ikisi 48 kq) turniri medalsız başa vurublar.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53