Baxılıb: 0

İsrailin baş naziri Benyamin Netanyahu özünün “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki paylaşımında İsrail təhlükəsizlik xidmətlərinə qarşı ittihamının yanlış olduğunu etiraf edib.

“Səhv etdim. Mətbuat konfransından sonra dediklərim deyilməməli idi və buna görə üzr istəyirəm. Mən bütün təhlükəsizlik qüvvələrinin rəhbərlərini tam dəstəkləyirəm. Baş qərargah rəisini, o cümlədən komandir və əsgərləri dəstəkləyirəm... Biz birlikdə qalib gələcəyik”, - Netanyahu X-də yazıb.

Qeyd edək ki, daha əvvəl İsrailin baş naziri ölkənin təhlükəsizlik qurumlarını HƏMAS-ın hücumu ilə bağlı məlumatsız olmalarından dolayı qınayıb.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53