Baxılıb: 1

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

VAZ-21010 və “Saipa” markalı maşınların toqquşması nəticəsində 4 nəfər Ucar rayon sakini - 2006-cı il təvəllüdlü Ülvi Şüküroviç Lətifov, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov, 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov və 2006-cı il təvəllüdlü Mirmövsüm Mircəlal oğlu Mövsümov müxtəlif xəsarətlər alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

M. Mövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Fakt araşdırılır.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53