Baxılıb: 0

İsrail hərbçiləri Livanda İsrail Müdafiə Ordusuna (SAXAL) məxsus pilotsuz uçan aparata (PUA) raket atılan əraziyə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gecə Livandan İsrail ordusunun PUA-sına “yer-hava” tipli raket atılıb. Buna cavab olaraq SAXAL raketi atan terror qruplaşmasına, eləcə də raketin buraxılış meydançasına zərbələr endirib. PUA zədələnməyib”, - deyə bəyanatda deyilir.

Ordunun mətbuat xidməti bildirib ki, Livandan da Har-Dov ərazisi və İsrailin şimalındakı Hermon dağları istiqamətində bir neçə raketin atılması qeydə alınıb, atılan mərmilər açıq ərazilərə düşüb.

Mənbə: TASS

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53